alfa "SurreaL"

Bu gün təqvimə baxdım vərəqi cırıb tulladım.

09:29

Mən bu həyatı sevmirəm.

Gönderen alfA



Mən bu həyati sevmirəm..
Həmin həyati ki,varlılar nə istəyilər eləyirlər.
Həmin həyatı ki,yolun qirağında axşama ailəsinə 1-2manat çörək pulu qazanan yoxsul satıcının əlində ki,mallarını dağıdan polislərin elədikləri vəhşiliklərə.Halbu ki,ona rüşvət versə o yoxsul satıcı öz pulunu qazanacaq.amma nə fayda…..
Həmin həyat ki,varlıların uşaqları bayram günüdə hansısa bahalı istirahət mərkəzlərində istirahət edərkən kasıb bir ailənin uşaqları bir quru çörəknən bu sevimli saydiğımız bayram gününü yola verirlər..
Həmin həyatı ki,çox zaman düz söz deyən insanları ya cinayətkar adlandırırlar yada ki,sürgünə göndərirlər..Bəs neyləyək?......
Həmin həyati ki,sevgi adlandırdığımız bir hiss artıq maşınla,bahalı telefonla,həyatda çoxda dəyəri olmuyan kağız parçası ile olçülür.
Həmin heyat ki,Qız oğlanı işinə görə Oğlan is qızı gözəl görnüşü olduğu üçün sevir.Axırı heçnə bunun dostları deyəcək ki,Turalın gəzdiyi qıza bax..
Hemin həyatı ki,Sevgi sözünün mənasının nə olduğunu belə anlamıyan taxta cəmiyyət niyə dəyişmir.
Həmin həyat ki,Allahın adi ilə səhf məlumatlandırılan kitablar çap edilir.Harda görsənib ki,müqəddəs hesab etdiyimiz Qurani Kərim metrolarda satılsın?....sevmirəm bu həyatı..
Həmin həyati ki,pulun olmadı bahalı maşının olmadı,bahalı telefonun olmadı sənidə sıradan bir insan hesab eliyirler..axi niyə?niye çox vaxt insana özü olduğu üçün qiymət vermirlər.?Onu nəyinəsə göre seçirlər..
Həmin həyatı ki,şəhərdə hörmətim gücümə görə olsun.
Həmin həyati ki,yalan hörmət baş alıb gedir.
Həmin həyat ki,əsgərliyə getmədiyini özunə fəxr hiss eliyir..
Həmin həyatı ki,şəhidlər yalnız dillərdə adlandırılır ürəklərdə deyil
Mən bu həyatı sevmirəm


Siz bunu anlayırsınızmı????





Ardı Var..!


28Noyabr 2009ci il….

1 yorum:

Adsız dedi ki...

super yazilib teqdire layiqdir.

Yorum Gönder